Belarusdan Litvaya PUA buraxılıb | VİDEO

   Belarusdan Litvaya PUA buraxılıb |    VİDEO
  28 İyul 2025    Oxunub:566
Bu ay ərzində ikinci dəfə Belarus istiqamətindən Litvanın hava məkanına pilotsuz uçuş aparatının (PUA) keçməsi qeydə alınıb.
Litva mətbuatının yaydığı məlumata görə, hadisə ilə əlaqədar paytaxt Vilnüsdə həyəcan siqnalı səslənib, əhaliyə ehtiyatlı davranmaq tapşırılıb.

Təqribən 200 metr yüksəklikdə Vilnüs yaxınlığında uçan PUA-nın hansı istiqamətə düşdüyü, hansısa obyektə zərər vurub-vurmadığı istiqamətində hazırda axtarışlar aparılır.

Hadisənin ardınca ölkənin müdafiə naziri Dovile Şakalene Litva-Belarus sərhədinə nəzarətin artırılması barədə tapşırıq verib.

Xatırladaq ki, iyulun əvvəlində sərhəd yaxınlığında Belarusa məxsus PUA qəzaya uğramışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: Litva   Belarus   PUA  



Xəbər lenti